Fərqanə Səfərli Şiir

Bir Şəhərin Həkayəsi

Visits: 1

Bir gün qocalacaq bu şəhər özü,
Bəlkə saçları da ağaracaqdır.
Ondan küsüb gedən hər bir gözəlin
Baxıb arxasınca boylanacaqdır.

Bəlkə həsrət dolu gözyaşı ilə,
Yuyacaq hər kəsin ayaq izini.
Bir kədər boğacaq o baxışların,
Həm qara, həm də ki, ala gözünü.

“Qayıt”- desə belə, qayıtmayacaq,
Ayrılıq şəhərə duman tək çöküb.
Bir gün yuxusundan oyatmayacaq,
Onun eşq günəşi belini büküb.

FƏRQANƏ SƏFƏRLİ

Fehva-ı Cedid