Fərqanə Səfərli Şiir

Çörək Kimi Sevgi

Visits: 2

Mənim həm acı qəhvəm,
Bir Sünbülüm olardın.
Çörək kimi qoxlayıb,
Gözlərimə qoyardım.
Toplayardım tarlanın,
Günəş düşən yerindən,
Günəşin salamını
Gətirərdim dilimdə.
Qəhvənin ahəngini,
Torpağına səpərdim,
Bu torpağın ətrini,
Burnumda tütərdim.
Çörək kimi müqəddəs
Bilirdim bu sevgini.
Sənə də onun kimi
Bağlamışdım nəfsimi.
Haram oldu çörəyim
Sənin bir yoxluğunda,
Dağıldı o tarlaya
Buğdanın çoxluğunda.
Bərəkəti kəsildi,
Sevgim sənə yetmədi.
Amma qəhvənin ətri
O torpaqdan itmədi…

FƏRQANƏ SƏFƏRLİ

Fehva-ı Cedid