Fərqanə Səfərli Şiir

Yenə

Visits: 2

Yenə durna qatarı,
Yenə sazaq bir hava,
Yenə Könlüm yön alır
O isti uzaqlara…
Yenə gün batımını gözləyir qamış səsi,
Bir də həsrət qoxuyan,
Kədərimin naləsi.
Yenə günəş gedəcək
Öz doğma ocağına.
Yenə düşər qaranlıq
Yerin kor bucağına.
Yenə…
yenə burda mən
Bir də azğın ümidlər,
Həm məni, həm özünü,
Xəyallara kilidlər

FƏRQANƏ SƏFƏRLİ

Fehva-ı Cedid